Braziliya Futbol Konfederasiyası (CBF) milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə müqavilənin müddətini uzadıb.
Oxu.Az "ESPN Brazil"'ə istinadən xəbər verir ki, 66 yaşlı italyanla saziş 2030-cu ilə qədər nəzərdə tutulub.
Ançelottinin maaşı illik 10 milyon avro təşkil edəcək, o, milli komandaların ən yüksək ödənişli məşqçisi olacaq. Əvvəlki müqavilə 2026-cı il dünya çempionatından sonra başa çatırdı.
Ançelotti Braziliya millisinə 26 may 2025-ci il tarixində rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında komanda 10 oyun keçirib - 5 qələbə, 2 heç-heçə və 3 məğlubiyyət.