Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Anxel Di Maria karyerasını Meksikada davam etdirə bilər
Mövsümün sonunda "Benfika" ilə müqaviləsi başa çatan Anxel Di Mariya karyerasını Meksikada davam etdirə bilər.
Oxu.Az "A Bola" nəşrinə istinadən xəbər verir ki, "Amerika" klubu argentinalı vingeri heyətinə qatmaq istəyir.
Meksikalılar Di Mariya ilə danışıqlara start verib. "Amerika" 37 yaşlı futbolçuya illik üç milyon dollar maaş verməyə hazırdır.
Qeyd edək ki, Anxel Di Mariya 2023-cü ilin yayından "Benfika"da çıxış edir. Argentina millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 14 qol və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.
"Benfika FK" teqi üzrə xəbərlər
- Lamin Yamal UEFA Çempionlar Liqasında ilkə imza atdı
- UEFA Çempionlar Liqası: 1/4 final mərhələsinə adlayan ilk komanda məlum oldu
- Çempionlar Liqasının 1/8 final mərhələsini hansı kanallardan izləmək olar?
- "Barselona" son altı ildə ilk dəfə qol buraxmadı
- "Barselona"nın gənc ulduzu Çempionlar Liqasında antirekorda imza atıb
Ən çox oxunanlar