"Benfika"dan ayrılan Anxel Di Mariya doğma vətəninə qayıdıb.
Oxu.Az xəbər verir ki, argentinalı futbolçu yetirməsi olduğu "Rosario Sentral"a transfer olub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Di Mariya son iki mövsümü "Benfika"da keçirib.
O, 1992-ci ildə daxil olduğu "Rosario Sentral"dan 2007-ci ildə ayrılmışdı. Argentinalı 18 illik Avropa karyerasından sonra doğma klubuna dönüb.