"Apple" beş il müddətinə ABŞ-də "Formula-1" yarışlarının yayımlanması hüququnu əldə edib.
Oxu.Az xəbər verir ki, bu barədə yarışların Mətbuat Xidməti məlumat yayıb.
Müqavilənin ümumi dəyəri 750 milyon dollar qiymətləndirilir.
Sazişə əsasən 2026-cı ildən "Formula-1" yarışları bütün "Apple TV" abunəçiləri üçün əlçatan olacaq.
Qeyd edək ki, "Apple" artıq ABŞ-nin yüksək divizion futbol liqasının oyunlarını yayımlayır, lakin abunəçilərdən bu yayımlar üçün əlavə ödəniş tələb edir.