"Araz-Naxçıvan" Coşqun Diniyev ilə müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, C.Diniyev cari mövsümün sonuna qədər "qırmızı-ağlar"ın formasını geyinəcək.
Yarımmüdafiəçi ilə anlaşma birillikdir.
Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən C.Diniyev müxtəlif illərdə Premyer Liqanın "İnter", "Qarabağ", "Sabah" və "Zirə" klublarında çıxış edib. O, Türkiyənin "Ümraniyəspor", "Bandırmaspor" komandalarının hər birində bir mövsüm keçirib. 30 yaşlı futbolçunun son klubu isə "Çorum" olub.