İki ay əvvəl Baş Mil kanalında boğulan Nihad Nağızadənin meyiti aşkarlanıb.
Oxu.Az xəbər verir ki, onun tapılması bu gün kanaldakı su tamamilə qurudulduqdan sonra mümkün olub.
Nəticədə Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində batan Nihad Nağızadənin meyiti Baş Mil kanalında aşkarlanıb.
Füzulidə Baş Mil Kanalı qurudulub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, buna səbəb iki aya yaxın müddətdə Füzuli rayonunun Kərimbəyli kəndində kanalda batdığı ehtimal olunan Nihad Nağızadənin axtarışlarıdır.
Yeniyetmənin axtarışları kanalın Mahmudlu kəndi ərazisindən keçən tunel hissəsində mümkün olmayıb. Yalnız kanalda suyun verilişinin dayandırılmasından sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tuneldə suyun xüsusi texnikalarla boşaldılması və axtarış əməliyyatlarına başlayıblar.
Axtarış əməliyyatları davam etdirilir.
Bu gün Baş Mil kanalına suyun verilməsi dayandırılacaq.
Oxu.Az xəbər verir ki, buna səbəb iki aya yaxındır ki, Füzuli rayonunun Kərimbəyli kəndində suda batan Nihad Nağızadənin axtarışıdır.
Qeyd edək ki, 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin iyunun 26-da su kanalında batdığı ehtimal edilir.
Həmin vaxtdan onun axtarışına Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunsa da, hələlik bir nəticə əldə olunmayıb.
Qeyd edək ki, N.Nağızadə orta məktəbin 10-cu sinif şagirdi idi.
