AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının IV turunda qeydə alınan mübahisəli epizodlarla bağlı şərh verib.
Oxu.Az xəbər verir ki, Həsənov bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlamasında "Araz-Naxçıvan" - "Turan Tovuz" matçında baş hakim Elçin Məsiyevin verdiyi qərarın yanlış olduğunu bildirib.
Qeyd edək ki, baş hakim "Turan Tovuz"un qapıçısı İqor Knyakinin "Araz-Naxçıvan"ın futbolçusu Muhammed Mareyə qarşı qaydanı pozaraq, penaltiyə səbəb olduğunu hesab edib. Lakin Hakimlər Komitəsi epizodu dəyərləndirdikdən sonra oyunun davam etdirilməsi qərarını daha məqsədəuyğun sayıb.