"2025-ci ilin ən yaxşı gənc futbolçusu" mükafatına namizədlərin siyahısı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Globe Soccer Awards" paylaşım edib.
Siyahıda 11 gənc futbolçunun adı yer alıb:
Eliss Ben Seqir ("Monako"/"Bayer Leverkuzen"), Pau Kubarsi ("Barselona"), Dezire Due, Juan Neves, Varren Zair-Emeri ( hər üçü PSJ), Arda Güler ("Real Madrid"), Din Höysen ("Bornmut"/"Real Madrid"), Maylz Luis-Skelli ("Arsenal"), Rodriqo Mora ("Portu"), Niko Paz ("Komo"), Kenan Yıldız ("Yuventus").
Qeyd edək ki, ötən il bu mükafata "Barselona"nın futbolçusu Lamin Yamal layiq görülmüşdü.