İspaniya yığmasının istedadlı müdafiəçisi Pau Kubarsi 2026-cı il dünya çempionatında performansı ilə diqqətləri üzərinə çəkməyi bacarıb.
Oxu.Az "SofaScore" nəşrinə istinadən xəbər verir ki, cəmi 18 yaşı olan gənc oyunçu mundial çərçivəsində ötürmə dəqiqliyi reytinqində bütün rəqiblərini qabaqlayaraq mütləq liderə çevrilib.
Statistikaya əsasən, Kubarsi turnir ərzində etdiyi ötürmələrin 98.8 faizini komanda yoldaşlarına dəqiq çatdırıb. Məhz bu göstərici onu dünya çempionatının ən sərrast ötürmə edən futbolçusu edib.
Qeyd edək ki, hazırda İspaniya seçməsi oynanılan iki turdan sonra aktivindəki 4 xalla H qrupunda vahid liderliyini davam etdirir.