"Barselona"nın 19 yaşlı müdafiəçisi Pau Kubarsi Avropanın ən yaxşı gənc futbolçusuna verilən "Golden Boy" ("Qızıl oğlan") mükafatının qalibi seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə mükafatın mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
Mükafatın sonuncu sahibi Fransanın PSJ klubunun futbolçusu Dezire Due olub. İki il əvvəl isə bu mükafata "Barselona"nın vingeri Lamin Yamal layiq görülüb.
Cari mövsümdə Kubarsi "Barselona"nın heyətində İspaniya çempionatında doqquz matçda meydana çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun aktivində, həmçinin, Çempionlar Liqasında keçirdiyi dörd oyun var.
Müdafiəçi 2026-cı ildə İspaniya millisinin heyətində dünya çempionu olub.