İngiltərə Premyer Liqasında çıxış edən "Arsenal"ın "Enfild" stadionundakı uğursuz seriyası davam edir.
Oxu.Az xəbər verir ki, London klubu son dəfə "Liverpul"un meydanında 2012-ci ildə qalib gəlib.
Həmin qarşılaşmada "Arsenal" 2:0 hesabı ilə qələbə qazanmışdı.
O dövrdə komandanın kapitanı isə hazırda baş məşqçi vəzifəsini icra edən Mikel Arteta idi.
Qeyd edək ki, ötən gecə keçirilən "Liverpul" - "Arsenal" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.