Bu gün İsveçrənin Nyon şəhərində Avro-2016-nın “pley-off” mərhələsinin püşkü atılıb.
Oxu.Az xəbər verir ki, öz qruplarında 3-cü yerləri tutan səkkiz komanda Parisə son 4 vəsiqə uğrunda mübarizə aparacaq.
Püşkatmanın nəticəsinə əsasən, “pley-off”da aşağıdakı cütlüklər qarşılaşacaq.
Ukrayna — Sloveniya
İsveç — Danimarka
Bosniya və Herseqovina — İrlandiya
Norveç — Macarıstan
İlk oyunlar 12—14 noyabr tarixlərində, cavab qarşılaşmaları isə 15—17 noyabr tarixlərində keçiriləcək.
Xatırladaq ki, Avro-2016-nın final mərhələsinin püşkatması Parisdə dekabrın 12-də keçiriləcək.
Avropa Çempionatı Fransada 10 iyun-10 iyul tarixlərində keçiriləcək.