Danimarka millisi Uelsə dördüncü qolu da vurdu. “Barselona”nın hücumçusu Martin Breytveyt 90+4-cü dəqiqədə hesabı 4:0 etdi. Bununla da Danimarka millisi ardıcıl ikinci oyunda dörd qol vurub qalib gəlmiş oldu. Matç bu hesabla başa çatdı. Beləliklə, Danimarka millisi son Avropa çempionatının yarımfinalçısı Uelsi 4:0 hesabı ilə darmadağın etdi və ilk dəfə Bakıda oynamaq imkanı əldə etdi. Bu komandanın iyulun 3-də Bakı Olimpiya Stadionundakı rəqibi sabah keçiriləcək Niderland – Çexiya oyunundan sonra bilinəcək.
20:01
AVRO-2020-də bu gün 1/8 final mərhələsinin ilk görüşü keçirilir.
Oxu.Az xəbər verir ki, Amsterdamın Yohan Kroyf adına arenasında Uels – Danimarka görüşü start götürüb.
Bu matçın qalibi iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 finala vəsiqə qazanacaq.
Komandalar meydana bu taktiki düzülüş və heyətlə daxil edilib.
Uels (4-2-3-1): Vord, B. Deyvis, Mefam, Rodon, K. Roberts, Alen, Morell, Beyl (kapitan), Remzi, Ceyms, Mur
Danimarka (3-4-3): Smaykl, Vesterqor, Kyer (kapitan), Kristensen, Mehle, Dileni, Höybyerq, Striqar, Breysveyt, Dolberq, Damsqor
Səbuhi Musayev