Çiro İmmobile 88-ci dəqiqədə İtaliyanın üçüncü qolunu vurdu. Bu onun AVRO-2020-də ikinci qolu olub. Bununla da İtaliya millisi İsveçrəyə 3:0 hesabı ilə qalib gəlib və altı xalla vaxtından əvvəl 1/8 finala vəsiqəni təmin edib.
Roma Olimpiya Stadionunda keçirilən görüş üçün komandalar meydana bu taktiki düzülüş və heyətlə çıxıb.
İtaliya (4-3-3): Canluici Donnarumma, Di Lorentso, Bonuççi, Kyellini (kapitan), Spinatsola, Barella, Jorjinyo, Lokatelli, Berardi, İmmobile, İnsinye
İsveçrə (3-2-3-2): Zomer, Akanji, Şer, Elvedi, Caka (kapitan), Froyler, Rodriqes, Şakiri, Mbabu, Embolo, Seferoviç