Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində bütün rəqibləri bəlli oldu
"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti rəqibləri bəlli olub.
Oxu.Az-ın məlumatına görə, "köhlən atlar" 3-cü turda "Lion"la (Fransa) evdə qarşılaşacaqlar.
Ağdamlılar dördüncü matçında isə səfərdə "Olimpiakos"la (Yunanıstan) oynayacaqlar.
Növbəti iki turda Qurban Qurbanovun yetirmələri skandinavlara qarşı - "Malmö" ilə (İsveç) evdə və "Bodo-Qlimt" (Norveç) səfərdə keçirəcəklər.
"Qarabağ" Liqa mərhələsinin Bakıda son oyununda "FCSB"ni (Rumıniya) qəbul edəcək, son səfər oyununu isə İsveçdə "Elfsborq"la gerçəkləşdirəcək.
Xatırladaq ki, "köhlən atlar"ın ilk turda rəqibləri "Ayaks" (Niderland) və "Tottenhem" (İngiltərə) olacaqlar.
"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində ilk rəqibləri bəlli olub.
"Report"un məlumatına görə, "köhlən atlar" ilk oyununu "Ayaks"la (Niderland) evdə keçirəcəklər.
Ağdamlılar ikinci matçında isə səfərdə "Tottenhem"lə (İngiltərə) qarşılaşacaqlar.
Qeyd edək ki, Liqa mərhələsi sentyabrın 25-26-da start götürəcək.
Bu gün UEFA Avropa Liqasının yeni formatda keçiriləcək əsas mərhələsinin püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə "Qarabağ"ın da rəqibləri bəlli olacaq.
Liqa mərhələsində 36 komanda iştirak edəcək. Hər komanda 8 oyuna çıxacaq.
Püşkatma ərəfəsində klublar reytinqinə əsasən 4 səbətə bölünüblər. Ağdam klubu 3-cü səbətdə yer alıb. Komandalar hər səbətdən iki rəqiblə - biri ilə evdə, digəri ilə səfərdə görüşəcək.
8 turdan sonra ilk 8 yeri tutan komanda 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Premyer Liqa: "Qarabağ" ilin sonuncu oyununda "Araz-Naxçıvan"la üz-üzə gələcək
- Azarkeşlər "Qarabağ"ı yenidən ziyana saldılar
- "Qarabağ" ardıcıl dördüncü dəfə qış çempionluğunu elan edib
- Qurban Qurbanov Olavio Juninyonun "Sevilya"ya keçidi ilə bağlı xəbərlərə münasibət bildirib
- Olavio Juninyo "Sevilya" ilə razılaşdı
Rəylər