Bolqarıstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, iş adamı Slavi Binev Sofiya şəhərində başından güllələnərək öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi brifinqdə məlumat verib.
Cinayətdə şübhəli bilinən üç nəfər - bir Bolqarıstan və iki Türkiyə vətəndaşı nəzarətə götürülüb.
Hadisə zamanı istifadə olunan silah da aşkar edilib. Hazırda istintaqın araşdırdığı əsas ehtimal iş ortaqları arasında baş vermiş maliyyə anlaşılmazlığıdır. Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Bolqarıstan Taekvondo Federasiyasına rəhbərlik edən 60 yaşlı sahibkar həm də Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti postunu tuturdu.