Avstriya Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Karl Ştoss Bakıda yol qəzası nəticəsində xəsarət alan avstriyalı idmançıların Vyanaya göndərilməsində göstərilən köməyə görə Azərbaycan hakimiyyətinə minnətdarlıq edib.
Oxu.Az xəbər verir ki, bu barədə K.Ştoss TASS müxbirinə bildirib.
Oyunlarda iştirak etmək üçün Azərbaycana gələn üç avstriyalı sinxron üzgüçü, cümə axşamı Atletlər kəndində nəqliyyat-keçid ərazisində avtobusun tratuarda olan idmançıları vurması hadisəsindən sonra xəstəxanaya çatdırılıblar. 15 yaşlı Vanessa Saxinoviç çoxsaylı sınıqlarla xəstəxanaya çatdırılıb.
Əlləri zədələnən Vanessa Saxinoviç və Luna Payer özəl tibbi təyyarə ilə Avstriyaya göndəriliblər. Daha bir idmançı Verena Breyt yüngül travmalar alıb.
Yarışların qaydalarına görə, sinxron üzgüçülük üzrə qrupda 8 idmançı çıxış edir. Hər komandada iki ehtiyat idmançı olmasına icazə verilir. Avstriya yığmasının yalnız bir ehtiyat idmançısı olduğu üçün o, avtomatik olaraq yarışlarda iştirak etmir.
Ştossun sözlərinə görə, vətənə qayıtdıqdan sonra Saxinoviç əməliyyat keçirib, Breyt isə Bakıda qalıb, amma çıxış edə bilməyəcək.
“Bu hadisənin niyə baş verdiyini öyrənəcəyik. Eyni zamanda, idmançıların Avstriyaya göndərilməsini təşkil edən yerli nəqliyyat qurumuna təşəkkür etmək istərdim. Bu, çox dəhşətli hadisə idi. Digər tərəfdən biz gələcəyə baxmalıyıq, komandamıza inanmalıyıq”.
www.oxu.az