Yüksək sürətin insan həyatı üçün təhlükəli olduğunu hamımız bilirik. Hələ futbolçu olasan, belə maşın idarə edəsən...
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, “qəhrəmanımız” “Neftçi” klubunun gənc oyunçusu, icarə əsasında “Kəpəz” klubunda top qovan, maşın “uçurdan” Vurğun Fərəczadədir.
Vurğunun nə az, nə çox 21 yaşı var. 21 yaşında bahalı maşın sürmək, dəbdəbəli həyat keçirmək isə hər futbolçuya qismət olmur. Türkün sözü, “nərədən gəliyor bu deyirmanın suyu” demək istəyir adam. Şəkillərdən və videolardan da göründüyü kimi, Vurğun yüksək sürəti həddən artıq sevir. Görəsən, o, meydanda top qovarkən rəqibə qarşı da belə sürətlidirmi?! Əgər sürətli olsaydı, oyunlarda yüksək səviyyədə performans göstərsəydi, indi 1-ci diviziondakı “Kəpəz”in heyətində yox, məxsus olduğu “Neftçi”də oynayardı, fikrimizcə.
Əlqərəz, Vurğun Fərəczadə 150-160, hətta bəzi məqamlarda 190 km/saat sürət ilə maşına “işgəncə” verərək idarə edib. Təsadüfi deyil ki, Vurğun Qubadan Bakıya 40 dəqiqəyə çatıb. Buna irad bildirən digər sürət ustası, yenə “Neftçi” klubunun futbolçusu Araz Abdullayev həmkarını yüksək sürətdən yayınmağa çağırıb. Xatırladaq ki, Araz da iki qadını yüksək sürətlə idarə etdiyi maşınla vurmuşdu. Nəticədə qadınlardan biri vəfat etmişdi.
Vurğunun daha bir “qayda pozuntusu” isə onun zərərli maddələrdən istifadə edib, bədənini zəhərləməsidir. İdmançılara qadağan olunanlara məhəl qoymayaraq, Vurğun qəlyan da çəkir. Bildiyimiz kimi, qəlyan da siqaret kimi, futbolçulara qadağan olunanlar sırasındadır.
Bütün bunların günahı kimdədir axı?! Vurğunun özündə?