Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azad Rəhimov: “Real”ın nazirliklə əməkdaşlığı ölkəmizdə futbolun inkişafına təkan verəcək
Hər il ölkəmizdə böyük yarışlar keçirilir. Ən çox sevilən futbol da bu baxımdan istisna deyil.
Oxu.Az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov deyib.
AFFA-nın Konfransında çıxış edən nazir ölkəmizdə baş tutmuş idman tədbirlərindən bəhs edib:
“Ötən il Avropa Liqasının Bakıda keçirilən final görüşü yüksək təşkilatçılıqla yadda qaldı. Bu, çox mühüm hadisə idi. Bu il də məzmunlu yarışa şahidlik edəcəyik.
Avropa çempionatının final mərhələsinin dörd oyunu Bakıda keçiriləcək. İnanıram ki, bunun da öhdəsindən layiqincə gələcəyik”.
A.Rəhimov AFFA-nın çoxsaylı layihələr həyata keçirdiyini vurğulayıb:
“Gənclər və İdman Nazirliyi də bu baxımdan bir sıra kütləvi futbol tədbirləri həyata keçirir. Ölkəmizdə bir çox aşağı yaş qrupları üzrə turnirlər yüksək səviyyədə keçirilir. “Real” klubunun Gənclər və İdman Nazirliyi ilə əməkdaşlığı ölkəmizdə futbolun inkişafına təkan verəcək”.
Zaur Xudiyev