Sentyabrın 29-da İtaliyaya yollanan “Qarabağ” klubu hava limanında maraqlı hadisə ilə rastlaşıb.
Oxu.Az xəbər verir ki, futbolçuları azarkeşlər yalnız buraxmayıblar və coşqu ilə yola salıblar.
Onlar Ağdam təmsilçiləri üçün “Anadır arzulara hər zaman Qarabağ” adlı mahnını möhtəşəm şəkildə ifa etməyə başlayıblar.
Qeyd edək ki, Avro Liqanın qrup mərhələsi çərçivəsində “Qarabağ” klubu oktyabrın 2-də İtaliyada “İnter”in qonağı olacaq.
Oxu.Az maraqlı görüntüləri təqdim edir:
Elvin Əhmədov