"Bu çempionatda yaxşı nəticələr əldə etdik".
Oxu.Az xəbər verir ki, bunu Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.
O bildirib ki, bu çempionat milli komanda üçün rekordlarla yadda qaldı:
"Yeddi çəki dərəcəsindən beşində medal qazandıq. Bizim qarşımıza qoyduğumuz əsas məqsəd bütün çəki dərəcələrində heyətin dərinliyini yaratmaq idi. Bu çempionat göstərdi ki, biz bu istəyimizə nail olmuşuq.
Dayanmaq fikrimiz yoxdur. Bizi qarşıda daha ciddi, daha çətin yarışlar gözləyir. Bundan sonrakı əsas hazırlığımız iki il sonra Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına olacaq. Bu dünya çempionatındakı nəticələr göstərdi ki, biz daha böyük uğurlara nail ola bilərik".
"Qadın idmançılarımızdan ibarət komandada inkişaf var və mən bunu görürəm. Biz burda da düzgün istiqamətə gedirik. Başa düşmək lazımdır ki, kişilərdən ibarət komanda ilə qadınlardan ibarət komandanın "start yeri" eyni deyil. Ölkədə qız cüdoçuların sayının artırılması istiqamətində işlərimizi davam etdirəciyik. Biz hazırda düzgün inkişaf yolundayıq. Nəzərə almaq lazımdır ki, həm say həm də keyfiyyət baxımından qadın komandamız kişi komandamızdan çox geridədir", - deyə R.Rəsullu qeyd edib.
Qeyd edək ki, Azərbaycan yığması bu dünya çempionatında idmançılarımız fərdi mübarizədə bir qızıl, iki gümüş və dörd bürünc medal əldə ediblər