Pakistan Hərbi Hava Qüvvələrinə məxsus "Mushshak" adlı təlim-məşq təyyarəsi Bəlucistan vilayətində qəzaya uğrayıb və nəticədə iki pilot həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin mətbuat xidməti rəsmi məlumat yayıb.
Dəqiqləşdirilmiş məlumatlara əsasən, bədbəxt hadisə regionun inzibati mərkəzi sayılan Kvetta şəhəri ərazisində qeydə alınıb.
Fövqəladə hadisəyə texniki nasazlığın səbəb olduğu bildirilir.

Qaynar xətt:
(055) 224 12 12