Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 3 medal qazandılar
Azərbaycan cüdoçuları Gürcüstanın Qori şəhərində təşkil olunan böyüklər arasında Avropa Kubokunun ilk günündə 3 medal qazanıb.
Cüdo Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 66 kq çəki dərəcəsində yarışan Nazir Talıbov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Babarəhim Mirzəyev (60 kq) gümüş, Nəriman Mirzəyev (73 kq) isə bürünc medala yiyələniblər.
Qeyd edək ki, turnirdə 15 ölkədən 169 cüdoçu qüvvəsini sınayır.
"Azərbaycan Cüdo Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycan və Türkiyənin veteran futbolçuları arasında yoldaşlıq görüşü keçirilib
- Cüdoçularımız reytinq cədvəlindəki mövqelərini yaxşılaşdırıblar
- Ədalətli oyun sahəsində fərqlənənlər mükafatlandırılıblar
- Olimpiya çempionlarımız reytinq cədvəlində liderdirlər
- Cüdoçularımızın Avropa sınağı - Gələcəyə ümid var
Ən çox oxunanlar