Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ və Çin İsveçrədə ticarət danışıqları aparır
ABŞ və Çin nümayəndə heyətləri İsveçrədə iki ölkə arasındakı gərgin ticarət münasibətlərini müzakirə etmək üçün görüş keçirirlər.
Bu barədə Oxu.Az "Associated Press"ə istinadən xəbər verir.
Məlumata görə, bu, ABŞ prezidentinin Çin məhsullarına 145% gömrük rüsumu tətbiq etməsindən sonra tərəflərin ticarət mövzusunda ilk rəsmi əlaqələridir.
Çin ABŞ-dən gələn məhsullara qarşı 125% gömrük rüsumu tətbiq edərək cavab tədbiri görüb.
Görüşdən ciddi irəliləyiş gözlənməsə də, hər iki ölkənin bir-birinin məhsullarına tətbiq etdiyi yüksək gömrük rüsumlarını azaltmalarına ümid bəslənilir.
"ABŞ-Çin iqtisadi müharibəsi" teqi üzrə xəbərlər
- ABŞ-nin tarif razılaşmaları ticarət sistemini təhlükə altına qoya bilər
- Ticarət müharibəsində fasilə: Birja indeksləri ABŞ və Çin razılaşmalarından sonra bərpa olunur
- ABŞ və Çin iqtisadi-ticarət danışıqlarını davam etdirmək üçün yeni mexanizm yaradacaq
- ABŞ və Çin razılığa gəldilər
- Çin şirkətləri ABŞ-nin rüsumlarından yan keçmək yolunu tapdılar
Ən çox oxunanlar