III MDB Oyunları çərçivəsində Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə yarışlar davam edir.
Oxu.Az xəbər verir ki, azərbaycanlı idmançılar Gülşən Hüseynova (-44 kq), Zeyd Ələsgərov (-60 kq), Könül Eyvazova (-48 kq), Fəxri Sahibzadə (-66 kq) və Nərmin Ağamirzadə (-52 kq), birinci yerə çıxıblar.
Sübhan Axundov (+90 kq), Məhəmməd Ağakişiyev (-81 kq), Nəzakət Əliyeva (-57) kq), Hüseyn Hüseynov (-66 kq), Sunay Salamova (-40 kq), Məhəmmədəli Hüsüyev (-55 kq), Röyal Qayibov (-60 kq) gümüş, Anar Quliyev (-50 kq), İbrahim Talıbov (-55 kq), Xədicə Abdullayeva (-44 kq), Aysun Məmmədova (-52 kq), Sadiq Məmmədov (-73 kq), Nürəddin Əliyev (-90 kq) və Tunar Fərzəliyev (+90 kq) bürünc medallar qazanıblar.
Xatırladaq ki, daha öncə isə Zemfira Əliyeva (+70 kq) və Fidan Cəlilli (70 kq) bürünc medallar əldə ediblər.
Beləliklə, cüdo yarışlarının ilk günündə idmançılarımız 21 medal qazanıblar.
Azərbaycan cüdoçuları III MDB Oyunlarında qazandıqları qızıl medalların sayını beşə çatdırıblar.
Oxu.Az "Report"a istinadən bildirir ki, beşinci "qızıl"ı yığmanın aktivinə Nərmin Ağamirzəzadə (52 kq) yazdırıb.
Eyni çəkidı yarışan Aysun Məmmədova (52 kq) isə bürünc medalla kifayətlənib.








Azərbaycanın daha iki cüdoçusu III MDB Oyunlarının qızıl medalını qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Könül Eyvazlı (48 kq) və Fəxri Sahibzadə (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Hüseyn Hüseynzadə (66 kq) isə gümüş medalla kifayətlənib.
Azərbaycan cüdoçusu Zeyd Ələsgərov III MDB Oyunlarının qızıl medalını qazanıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, idmançı 60 kq çəki dərəcəsində bu uğura imza atıb.
Eyni çəkidə yarışan Röyal Qayıbovun qazancı isə gümüş medal olub.
Azərbaycan cüdoçusu Gülşən Hüseynova III MDB Oyunlarının qızıl medalını qazanıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, idmançı 44 kq çəki dərəcəsində bu uğura imza atıb.
Eyni çəkidə yarışan Xədicə Abdullayevanın qazancı isə bürünc medaı olub.
Azərbaycan daha iki cüdoçusu III MDB Oyunlarında medal qazanıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, finalda uduzan Sunay Salamova (40 kq) gümüş medal medalla kifayətlənib.
Anar Quliyevin (50 kq) qazancı isə bürünc medal olub.
Azərbaycan daha bir cüdoçusu III MDB Oyunlarında bürünc medal qazanıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, Fidan Cəlilli (70 kq) turnirdə üçüncü yerə çıxıb.
Azərbaycan cüdoçusu III MDB Oyunlarında bürünc medal qazanıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, Zemfira Əliyeva (+70 kq) turnirdə üçüncü yerə çıxıb.
Bu çəki dərəcəsində görüşlər dairə sistemi ilə keçirilib.
Qeyd edək ki, III MDB Oyunlarında cüdo yarışları oktyabrın 5-də başa çatacaq.