Futzal üzrə DÇ-2028-in seçmə mərhələsinin əsas raundunda mübarizə aparacaq Azərbaycan milli komandasının yer aldığı 12-ci qrupun oyunlarının təqvimi açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Bildirilib ki, ilk oyunda oktyabrın 16-da Çexiyanın qonağı olacaq Azərbaycan millisi son matçını da səfərdə keçirəcək.
16 oktyabr
Çexiya - Azərbaycan
5 noyabr
Azərbaycan - Çexiya
8 noyabr
Azərbaycan - Latviya
27 fevral
Latviya - Azərbaycan.
Qaynar xətt:
(055) 224 12 12