Futzal üzrə azərbaycanlı FIFA referisi Hikmət Qafarlı Avropa çempionatının əsas mərhələsində Ermənistan millisinin oyununda iş başında olması ilə bağlı danışıb.
Oxu.Az xəbər verir ki, hakim bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibəsində bildirib.
H.Qafarlı sözügedən qarşılaşmada "timekeeper" kimi fəaliyyət göstərməsinə münasibət bildirib:
"Həyəcan hər zaman olur. Sadəcə, budəfəki həyəcan iştirakçı komandalardan hansısa birinin adı ilə bağlı deyildi. Biz təyinat alan zaman sırf oyun qaydalarını əsas götürür, hakim kimi işimizi görürük. Həyəcan məsuliyyətdən irəli gəlirdi. Amma oyunun start fitindən sonra artıq həyəcan yerini oyunun atmosferinə buraxır".
