Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkarlanıb.
Oxu.Az-ın məlumatına görə, polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.
Meyitin 1986-cı il təvəllüdlü Sabiq Quliyevə məxsus olduğu müəyyən edilib.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin (və ya şəxslərin - red.) kimliyinin müəyyən edilərək istintaqa təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Samir Əli