Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma XXV Qış Olimpiya Oyunlarında çıxışını başa vurub.
Oxu.Az xəbər verir ki, ikinci enişinə 59-cu sırada başlayan 18 yaşlı idmançı 64 iştirakçı arasında 1:07:34 saniyə göstərici ilə finiş xəttinə çatıb.
Bununla da Anastasiya Papatoma hər iki cəhdin yekunlarına əsasən 2:09:15 saniyə nəticə ilə XXV Qış Olimpiya Oyunlarındakı çıxışını 51-ci yerdə başa vurub. Onun bu çıxışı Azərbaycan üçün Qış Olimpiya Oyunlarının slalom yarışlarında tarixi nəticə hesab olunur.
Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma XXV Qış Olimpiya Oyunlarında növbəti mərhələyə adlayıb.
Oxu.Az xəbər verir ki, Kortina Ampetsodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda idmançımız ilk enişini başa vurub.
92-ci sırada mübarizəyə başlayan 18 yaşlı slalomçumuz 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatıb.
O, hazırda bu nəticə ilə 95 iştirakçı arasında 59-cu pillədə qərarlaşıb.
Azərbaycanı təmsil edən Anastasiya Papatoma İtaliyada təşkil olunan XXV Qış Olimpiya Oyunları çərçivəsində bu gün çıxışına başlayacaq.
Oxu.Az xəbər verir ki, 17 yaşlı dağ xizəkçisi slalom növündə qüvvəsini sınayacaq. Yarış İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina d'Ampetsoda keçiriləcək.
Xatırladaq ki, bundan öncə ölkəmizin fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63.63 xal toplayıb. O, 29 iştirakçı arasında sonuncu pillədə qərarlaşaraq mübarizəni dayandırıb.
Məlumat üçün bildirək ki, Azərbaycanın iki atletlə qatıldığı "Milan-Kortina-2026" Qış Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.