Azərbaycanın futbol klublarının növbəti mövsümkü avrokubok qarşılaşmalarındakı potensial rəqibləri müəyyənləşib.
Oxu.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Neftçi”nin bütün potensial rəqibləri bəllidir.
“Neftçi”nin potensial rəqibləri: “Dinamo” (Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Malmö” (İsveç), ÇFR (Rumıniya), “Leqiya” (Polşa), “Şerif” (Moldova), “Ferentsvaroş” (Macarıstan), “Şkendiya” (Şimali Makedoniya), “Slovan” (Slovakiya), “Dinamo” (Tbilisi, Gürcüstan), “Jalqiris” (Litva), “Flora” (Estoniya), “Buduçnost” (Monteneqro), “Kayrat” (Qazaxıstan), “Linkoln” (Cəbəllütariq).
İlk dəfə keçiriləcək Avropa Konfrans Liqasında yarışacaq “Qarabağ”ın potensial rəqiblərindən biri istisna olmaqla (bu, Şimali İrlandiya klubu olacaq), “Keşlə” və “Sumqayıt”ın da potensial rəqibləri bəllidir. II təsnifat mərhələsində mübarizə aparacaq komandalarımızdan “Qarabağ” “səpələnmişlər”, “Keşlə” və “Sumqayıt” isə “səpələnməmişlər” səbətində yer alacaqlar.
“Qarabağ”ın potensial rəqibləri “Servett” (İsveçrə), “Aris” (Yunanıstan), “Dinamo” Brest, “Torpedo” (hər ikisi Belarus),“Dunayska Streda” (Slovakiya), “Aşdod” (İsrail), “Volerenqa” (Norveç), “Hamarbyu”, “Haken”, “Elfsborq” (hər üçü İsveç), “Lokomotiv” Plovdiv, “Arda” (hər ikisi Bolqarıstan), “Sepsi” (Rumıniya), “Tobol”, “Şaxtyor” (hər ikisi Qazaxıstan), “Uypeşt” (Macarıstan), “Rakuv”, “Poqon” (hər ikisi Polşa), “Panevejis” (Litva) klublarıdır.
Bundan başqa, “Qarabağ”ın potensial rəqibləri sırasına Konfrans Liqasının 6-7 və 13-14 iyul tarixlərində keçiriləcək I təsnifat mərhələsində qalib olan komandaların aşağıda qeyd olunan klublarla oyunların qalibləri əlavə olunacaq: “KuPS” (Finlandiya), “Hafnarfyordur” (İslandiya), “Sutyeska” (Monteneqro), “Santa Koloma” (Andorra), “Partizani”, “Laçi” (hər ikisi Albaniya), “Yuropa” (Cəbəllütariq), “Liepaya” (Latviya), “Hibernians” (Malta), “Levadiya” (Estoniya), “Drita” (Kosovo), “Floriana” (Malta), “Styarnan” (İslandiya), “Puşkaş Akademiyası” (Macarıstan), “Şlyonsk” (Polşa), “Şkupi” (Şimali Makedoniya), “Petrokub” (Moldova), “Runavik” (Farer adaları), “Kolreyn” (Şimali İrlandiya), “Tre Penne” (San Marino), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Jilina” (Slovakiya), “Bala Taun” (Uels).
“Keşlə” və “Sumqayıt”ın potensial rəqibləri: “Bazel” (İsveçrə), “Kopenhagen”, “Orhus” (hər ikisi Danimarka), “Viktoriya” (Çexiya), “Qent” (Belçika), “Astana” (Qazaxıstan), “Feyenoord” (Niderland), “Styaua”, “Universtatya” (hər ikisi Rumıniya), “Makkabi” Təl Əviv, “Hapoel” Beer Şeva (hər ikisi İsrail), AEK (Yunanıstan), “Partizan” (Serbiya), BATE (Belarus), “Molde”, “Rusenborq” (hər ikisi Norveç), “Riyeka” (Xorvatiya), “Apollon”, AEL (hər ikisi Kipr), “Austriya” (Avstriya), “Santa Klara” (Portuqaliya), MOİK (Bolqarıstan), “Xayduk”, “Osiyek” (hər ikisi Xorvatiya), “Düdelanj” (Lüksemburq), “Soçi” (Rusiya), “Aberdin”, “Hibernian” (hər ikisi Şotlandiya), “Olimpiya” (Sloveniya), “Vorskla” (Ukrayna), “Sivasspor” (Türkiyə), “Vaduts” (Lixtenşteyn),“Çukariçki”, “Voyvodina” (hər ikisi Serbiya), “Slovaçko” (Çexiya)
Bundan başqa, “Keşlə” və “Sumqayıt”ın potensial rəqibləri sırasına Konfrans Liqasının 6-7 və 13-14 iyul tarixlərində keçiriləcək I təsnifat mərhələsində qalib olan komandaların aşağıda qeyd olunan klublarla oyunların qalibləri əlavə olunacaq: “Maribor” (Sloveniya), “Fehervar” (Macarıstan), “Dandolk” (İrlandiya), “Suduva” (Litva), TNS (Uels), “Spartak” (Slovakiya), “Sarayevo” (Bosniya və Herseqovina), “Domjale” (Sloveniya), “Klaksvik” (Farer adaları).
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü 15 iyunda atılacaq. Konfrans Liqasının II təsnifat mərhələsinin cütlükləri isə 16 iyunda bilinəcək.
Səbuhi Musayev