Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Adil Şükürov "Kəpəz" klubundan ayrılmasına münasibət bildirdi
"Öz istəyimlə klubdan getdim."
Bunu İdman.biz-ə "Kəpəz"in sabiq baş məşqçisi Adil Şükürov deyib. O, klubdan ayrılmasına münasibət bildirib:
"Hazırda hər şey yaxşıdır. Bütün məsələlər qaydasındadır. Öz fikrimlə bu qərarı verdim. Bu barədə yalnız gələcəkdə geniş danışa bilərəm. Başqa açıqlama vermək istəmirəm".
Qeyd edək ki, 2023-cü ilin noyabrından "Kəpəz"i çalışdıran Şükürov Gəncə klubunu 29 oyuna çıxarıb. Bu matçlarda 8 qələbə, 5 heç-heçə və 16 məğlubiyyət qeydə alınıb.
"Kəpəz" klubundan istefa verən Adil Şükürovun alacağı təzminatın məbləği açıqlanıb.
"Sportinfo" xəbər verir ki, təcrübəli mütəxəssis 2025-ci ilin yayına qədər qüvvədə olan müqaviləyə görə kompensasiya alacaq.
Adil Şükürova iki aylıq əməkhaqqı həcmində təzminat ödəniləcək.
Qeyd edək ki, Adil Şükürovun çalışdırdığı "Kəpəz" klubu cari mövsümdə çıxdığı dörd görüşdə qapısından 12 top buraxıb, qol vura bilməyib.
Adil Şükürov "Kəpəz" klubu ilə yolları ayırıb.
Oxu.Az xəbər verir ki, Adil Şükürov öz qərarı ilə baş məşqçi postunu tərk edib.
Qeyd edək ki, Premyer Liqada 4 turdan sonra xalsız olan "Kəpəz" sonuncu - 10-cu pillədə qərarlaşıb.
Məşqçi 2023-cü ilin noyabrından bölgə təmsilçisində çalışıb.
Rəylər