Bu gün AFFA-nın İntizam komitəsinin iclasında “Bakı”nın məşqçisi Mühərrəm Zəkiri oyundan kənarlaşdırmaq qərarı alınıb.
Oxu.Az AFFA-nın saytına istinadən xəbər verir ki, makedoniyalı mütəxəssis Topaz Premyer-liqasının 26-cı turunun dünənki “Simurq” ilə matçında arbitra fiziki təzyiq göstərib. (0:3)
Bu hərəkətinə görə ona 20 matç boyunca komandanın texniki zonasında olmaq qadağan edilib.
“Bakı” isə 20 min manat məbləğində cərimə ödəyəcək.
F.H.
www.oxu.az