Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, günün ikinci matçında "Sabah" səfərdə "Qəbələ" ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı heç-heçə bitib - 2:2.
"Bayquşlar"ın qollarını 31 və 62-ci dəqiqələrdə Timoteuş Puxaç vurub. Meydan sahiblərindən İsmael Akinade 88-ci və 90-cı dəqiqələrdə adını tabloya yazdırıb. Adriel Ba Lua 48-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
İlk görüş qolsuz başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. 104-cü dəqiqədə qonaqlardan Coy-Lens Mikels, 115-ci dəqiqədə "qırmızı-qaralar"dan Nuğay Rəşidov qol vurduğu üçün komandalar penaltilər seriyasına gediblər.
Penaltiləri daha dəqiq yerinə yetirən (4:2) "Sabah" yarımfinalda "Qarabağ"ın rəqibi olub.
Günün ilk oyununda "Kəpəz"i məğlub edən (2:0) "Turan Tovuz" yarımfinala yüksəlib. Tovuz təmsilçisi finala gedən yolda "Zirə" ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, daha əvvəl "Sumqayıt"ı 2:0 (ilk oyun - 0:0) hesabı ilə üstələyən "Zirə" və "Şamaxı"nı məğlub edən (1:2, 3:1) "Qarabağ" yarımfinalda oynamaq hüququ qazanıb.
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, "Turan Tovuz" 1/4 final mərhələsinin cavab oyununda "Kəpəz"dən güclü olub. Tovuz təmsilçisi rəqibinə iki cavabsız qolla (13-cü dəqiqədə Xorxe Silva, 51-ci dəqiqədə Hayderson Hurtado fərqlənib - red.) qalib gələrək yarımfinala vəsiqəni təmsil edib. Yarımfinalda rəqib "Zirə" olacaq.
Qeyd edək ki, "Turan Tovuz" ilk görüşdə 1:0 hesabı ilə qalib gəlmişdi.
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, sonuncu oyun günündə daha iki cavab matçı keçiriləcək.
Günün ilk qarşılaşmasında "Turan Tovuz" "Kəpəz"in qonağı olacaq. Qarşılaşma Yevlax şəhər stadionunda saat 14:30-da start götürəcək.
İlk görüşdə Tovuz klubu qalib gəlib - 1:0. Cütün qalibi yarımfinalda "Zirə" ilə üz-üzə gələcək.
Günün ikinci matçında "Sabah" səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. Oyun Qəbələ şəhər stadionunda saat 18:00-da başlayacaq.
Bakıda gerçəkləşən qarşılaşma qolsuz bitib. Cütün qalibi növbəti raundda "Qarabağ"a rəqib olacaq.
Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
5 mart
14:30. "Kəpəz" - "Turan Tovuz"
Yevlax şəhər stadionu.
18:00. "Qəbələ" - "Sabah"
Qəbələ şəhər stadionu.
Qeyd edək ki, daha əvvəl "Sumqayıt"ı 2:0 (ilk oyun - 0:0) hesabı ilə üstələyən "Zirə" və "Şamaxı"nı məğlub edən (1:2, 3:1) "Qarabağ" yarımfinalda oynamaq hüququ qazanıblar.