Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycan millisi cavab matçında Portuqaliya seçməsi ilə üz-üzə
Azərbaycanın qadın futbolçulardan ibarət yığması Avropa çempionatının I pley-off mərhələsində bu gün Portuqaliya ilə cavab matçına çıxacaq.
Oxu.Az xəbər verir ki, Vizela şəhərindəki eyniadlı stadionda baş tutacaq görüş saat 23:45-də start götürəcək.
Qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, cütün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya oyununda üstün olan tərəflə üz-üzə gələcək və ilk matçı evdə keçirəcək. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq.
29 oktyabr
Avropa çempionatı
Pley-off mərhələsi, cavab oyunu
23:45. Portuqaliya - Azərbaycan
İlk oyun - 4:1.