Azərbaycanın ilk təmsilçisi Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayıb.
Oxu.Az xəbər verir ki, kamandan oxatma növündə Yaylagül Ramazanova gücünü sınayıb.
Sıralama turuna 30-cu cütdə başlayan təmsilçimiz 39-cu yeri tutub. O, 720 mümkün xaldan 647 xal toplayıb. Milli üzvü mövsümdə ən yaxşı nəticəsinə imza atıb.
Y.Ramazanova 1/32 finalda Quxuan Anla (Çin) qarşılaşacaq. Onun rəqibi sıralama turunu 656 xalla 26-cı pillədə başa vurub.
1/32 final görüşləri iyulun 30-da baş tutacaq.
Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Azərbaycan komandası bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Oxu.Az xəbər verir ki, Olimpiadanın ikinci günündə baş tutacaq startda kamandan oxatma üzrə yığmanın üzvü Yaylagül Ramazanova qüvvəsini sınayacaq. O, sıralama turunda hədəfi dəqiq nişan almağa çalışacaq.
Qadınların yarışı Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.
Rəylər