Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycan millisinin kapitanı Macarıstan Kubokunu qazanıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Ayşən Abdulazimova və Marqarita Stepanenko Macarıstan Kubokunun finalında üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, yığmanın kapitanı A.Abdulazimovanın formasını geyindiyi “Vasas Obuda” və hücumçu M.Stepanenkonun şərəfini qoruduğu “Swietelsky-Bekescsaba” komandalarının final qarşılaşmasından birincilər üstün ayrılıblar.
Rəqibini 3:0 hesabı ilə məğlub edən “Vasas Obuda” növbəti dəfə kubokun sahibi olub.
Final görüşündə Abdulazimova yeddi dəfə fərqlənib. Millimizin kapitanı hücumda 83 faiz nəticə ilə qarşılaşmada bu göstərici üzrə ən yaxşı oyunçu olub.
Stepanenko isə 15 xal qazanıb. O, 14 dəfə hücumda, 1 dəfə isə blokda fərqlənib.
"Macarıstan" teqi üzrə xəbərlər
- Mark Alfoldi Boruss: "Azərbaycan beynəlxalq səviyyədə diqqət mərkəzindədir"
- Avstriyada tarixçinin yerin altından tapdığı qutu İkinci Dünya müharibəsinə dair rəvayəti təsdiqlədi
- Siyarto: Ukrayna yalnız Macarıstanın razılığı ilə Aİ-yə qəbul edilə bilər
- Azərbaycan-Macarıstan münasibətləri: Sammitdən sonrakı gözləntilər
- Orban: "Ukrayna Aİ üzvü olsa, resurslarımız tükənəcək"