Futbol üzrə milli komandamızın Türkiyənin Antalya şəhərində Moldova və Gürcüstan yığmaları ilə keçirəcəyi yoxlama oyunları “Mardan Palace” stadionunda təşkil olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Artıq oyunların başlama saatları da bəllidir.
Belə ki, müvafiq olaraq, yanvarın 30-da və fevralın 2-də keçiriləcək qarşılaşmalar yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.
S.T.
www.oxu.az