Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan millisinin sabiq futbolçusu diskvalifikasiya olundu
Azərbaycan millisinin sabiq futbolçusu, hazırda "Qaradağ Lökbatan" klubunun baş məşqçisi olan Amit Quluzadə diskvalifikasiya edilib.
Oxu.Az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Hazırda həm də "Qaradağ Lökbatan"ın məşqçisi olan Amit Quluzadə I Liqada XVII turun MOİK-lə səfər görüşündən sonrakı davranışına görə cəzalanıb. O, oyun bitdikdən sonra hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Quluzadə ardınca hakimlər otağına daxil olub.
O buna görə 3 matçlıq cəzalandırılıb. "Qaradağ Lökbatan" isə 300 manat cərimə edilib.
"AFFA İntizam Komitəsi" teqi üzrə xəbərlər
- Azərbaycan klubunun legioneri dörd oyunluq diskvalifikasiya olundu
- "Qarabağ"ın hakimi təhqir edən futbolçusu dörd oyunluq cəzalandırıldı
- AFFA "Turan Tovuz"u yenə cəzalandırdı
- Azərbaycan millisinin sabiq futbolçusu hakimi təhqir etdi: Dörd oyunluq cəzalandırıldı
- AFFA "Zirə" ilə "Neftçi"ni cəzalandırdı
Ən çox oxunanlar