Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan millisinin üç üzvü əməliyyat olundu
Azərbaycan cüdo milli komandasının üzvləri Gültac Məmmədəliyeva, Elcan Hacıyev və Yaşar Nəcəfov ölkə xaricindən dəvət edilmiş yüksəksəviyyəli ixtisaslaşmış cərrah tərəfindən əməliyyat olunublar.
Azərbaycan Cüdo Federasiyasından Oxu.Az-a verilən məlumata görə, Gültac Məmmədəliyevada sol çiynindəki zədə səbəbindən Latarjet əməliyyatı, Yaşar Nəcəfovda labrum yırtığı üçün ankorla artroskopik SLAP lezionunun refiksasiyası və Elcan Hacıyev də Akromioklavikulyar oynağın minimal invaziv refiksasiyası və Endobutton ilə ön çarpaz bağ rekonstruksiyası əməliyyatları uğurla həyata keçirilib.
Gültac Məmmədəliyevanın 16-20 həftə (təxminən 4-5 ay), Yaşar Nəcəfovun 12 həftə (təxminən 3 ay) və Elcan Hacıyevin 20-24 həftə (təxminən 5-6 ay) sonra məşqlərə qayıtması gözlənilir.
Qeyd edək ki, hər üç tatami ustası ölkəni Paris-2024 Yay Olimpiya Oyunlarında təmsil edib.
"Azərbaycan Cüdo Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycan millisinin cüdoçusu Avropa çempionatından imtina edib
- Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
- "Halk" ləqəbli olimpiya mükafatçımız karyerasını bərpa etdi
- Cüdoçularımız Avropa Kubokunda komanda hesabında birinci yeri tutdular
- Cüdoçulardan ibarət milli komandamız Avropa kubokunda mübarizəyə başlayır
Rəylər