Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan millisinin üzvü Dünya Kubokunda finala yüksəlib
Azərbaycanın boccia millisinin üzvü Sona Ağayeva Portuqaliyanın Povoa de Varzim şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Bildirilib ki, BC2 kateqoriyasında mübarizə aparan idmançımız yarışın qrup mərhələsində Böyük Britaniyadan olan rəqibləri üzərində ardıcıl iki qələbə qazanıb.
Yarımfinalda slovakiyalı idmançını mübarizədən kənarlaşdıran təmsilçimiz həlledici mərhələyə vəsiqə əldə edub. S.Ağayeva sabah finalda portuqaliyalı idmançı ilə qarşılaşacaq.
"Azərbaycan Milli Paralimpiya Komitəsi" teqi üzrə xəbərlər
- Əhməd Cavadın nəticəsinə vəzifə verildi
- Sumqayıt şəhəri Uşaq Paralimpiya Oyunlarına ev sahibliyi edəcək
- Kəndlərdən olimpiya çempionları "çıxaranlar": "Qolumu itirdiyimi gördükdə məni idmana dəvət etdi"
- Şahvələd Əliyev: "İdmançılarımızın göstəricilərindən tam razıyıq"
- Azərbaycanın Paralimpiada ilə bağlı ilkləri açıqlandı
Ən çox oxunanlar