Azərbaycan Premyer Liqasında 33-cü tur davam edir.
Oxu.Az xəbər verir ki, bu gün daha bir oyun keçirilib.
“Zirə” “Şamaxı”nın qonağı olub. Şamaxı şəhər stadionunda keçirilən matç paytaxt təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0. Hesabı 35-ci dəqiqədə Vladislav Kulaç açıb. 57-ci dəqiqədə Hamidu Keyta fərqi ikiyə yüksəldib. 82-ci dəqiqədə isə Rüstəm Əhmədzadə oyunda son nöqtəni qoyub.
Xallarını 45-ə çatdıran “Zirə” 5-ci pillədədir. Komanda 4-cü “Qəbələ” ilə fərqi 3-ə endirib. “Şamaxı” isə 23 xalla 9-cudur.
09:45
Azərbaycan Premyer Liqasında 33-cü tur davam edir.
Oxu.Az xəbər verir ki, bu gün daha bir oyun keçiriləcək. “Zirə” “Şamaxı”nın qonağı olacaq. Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 16:30-da start götürəcək.
32 turdan sonra paytaxt klubu 42 xalla 5-ci, bölgə təmsilçisi 23 xalla 9-cudur.
Azərbaycan Premyer Liqası
33-cü tur
6 may (şənbə)
“Şamaxı” - “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı şəhər stadionu, 16:30
Turun dünən keçirilən “Kəpəz” - “Sabah” oyununda qonaqlar 3:0 hesablı qələbə qazanıblar. “Turan Tovuz” - “Neftçi” və “Sumqayıt” - “Səbail” görüşləri bazar, “Qarabağ” - “Qəbələ” qarşılaşması isə bazar ertəsi keçiriləcək.