Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün ikinci matçında “Zirə” səfərdə “Səbail”ə qalib gəlib - 2:1.
Hesabı 16-cı dəqiqədə qonaqların heyətində Salifu Suma açıb. 31-ci dəqiqədə Yadis Luqasi bərabərliyi təmin edib. 82-ci dəqiqədə isə Filipe Paxtman “qartallar”ın qələbə qolunu vurub.
Əvvəlki iki turu da itkisiz başa vuran “Zirə” hazırda doqquz xalla vahid liderdir. “Səbail”in isə cəmi bir xalı var və doqquzuncudur.
Faiq Tahirov