Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan Premyer Liqasında çıxış edən klubların dəyəri nə qədərdir?
Azərbaycan Premyer Liqasında ən yüksək dəyərə sahib olan komanda uzun illərdir liderliyi əlində qoruyan "Qarabağ"dır. "Köhlən atlar"ın ümumi dəyəri 20.65 milyon avrodur.
Oxu.Az xəbər verir ki, ikinci yeri 12.45 milyon avro ilə "Sabah" klubu tutur. 12.1 milyon avro dəyəri olan "Zirə" klubu isə ilk üçlüyü tamamlayır.
10 milyon avro dəyəri olan "Sumqayıt" siyahının dördüncü, 9.65 milyonluq dəyəri olan "Neftçi" isə beşinci pilləsində qərarlaşıb.
"Turan Tovuz" klubunun ümumi dəyəri 9.58 milyon avro olduğundan siyahının 6-cısidir.
"Araz-Naxçıvan" 7.75 milyon avro ilə 7-ci, "Kəpəz" isə 6 milyon avro dəyərlə 8-cidir.
Doqquzuncu pillədəki "Şamaxı"nın dəyəri isə 5.40 milyon avrodur. "Səbail" 4.93 milyon avro ilə siyahının sonuncu pilləsində qərarlaşıb.
Anar Həsənov
"Azərbaycan Premyer Liqası (APL)" teqi üzrə xəbərlər
- Böyükağa Ağayev: "Turan Tovuz" və AFFA arasında baş verənlərdə federasiya haqlı tərəf idi"
- "Şamaxı" klubu məhsuldar hücumçusu ilə yolları ayırdı
- "Zirə" braziliyalı futbolçu ilə yollarını ayırıb
- Premyer Liqada qış "transfer pəncərəsi": Klublarımız heyətlərini necə gücləndiriblər?
- "Neftçi" - "Qarabağ" matçının hakimləri bəlli olub