Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Oxu.Az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlətimizin başçısı Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı verib.
O, bu dəhşətli faciədə həlak olanlara Uca Allahdan rəhmət diləyib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.
Prezident İlham Əliyev yanvarın 21-də faciə ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə başsağlığı məktubu göndərdiyini də qeyd edib.
Türkiyə Prezidenti diqqətə və başsağlığına görə minnətdarlığını bildirib və qeyd edib ki, Türkiyə və Azərbaycan daim bir-birinin yanındadır, bundan sonra da həmişə belə olacaqdır.
Telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıblar.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycandakı dini konfessiyaların rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT
- Prezident İlham Əliyevdən Sabir İlyasovla bağlı SƏRƏNCAM
- Azərbaycan "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulur
- Prezidentdən "Azərbaycan Dəmir Yolları" QSC ilə bağlı FƏRMAN
- Xocalıda memorial kompleks yaradılır - 18.3 milyon manat ayrıldı