Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan Premyer Liqasında komanda sayı artırılacaq?
2024-cü ildə çoxlarının AFFA-dan gözləntisi Azərbaycan Premyer Liqasında komanda sayının artırılacağı idi. Bu ilin mayında keçirilən iclasda bununla bağlı müsbət qərar verilməmişdi. Ancaq yeni-yeni futbol komandalarının yaradılması APL-də klub sayının artırılacağına dair ümidlər yaratdı.
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov infrastruktur şərtlərinin tələblərə cavab vermədiyini deyib.
"Ümumilikdə, Premyer Liqada, eləcə də digər liqalarda komanda sayının artırılmasını biz də istəyərdik. Amma bununla bağlı ilk növbədə infrastruktur şərtləri tələblərə cavab verməlidir. Məncə, komanda sayı ilə infrastruktur uzlaşması Azərbaycan futbolu üçün daha faydalı olar", - deyə E.Səmədov bildirib.
Anar Həsənov
"Azərbaycan Premyer Liqası (APL)" teqi üzrə xəbərlər
- "Qarabağ" Azərbaycan çempionatları tarixində əsrin rekorduna imza atdı
- Premyer Liqa: "Qarabağ" "Səbail"i böyük hesabla məğlub etdi
- Frank De Bleker etiraf etdi: "Sabah" - "Turan Tovuz" matçında hakim səhvi olub"
- Emin Mahmudov adını "Neftçi"nin tarixinə yazdırdı
- Azərbayacan Premyer Liqası: "Neftçi" səfərdə "Zirə"ni məğlub etdi
Rəylər