Los-Ancelesdə (ABŞ) keçirilən sərbəst güləş üzrə Dünya kubokunda Azərbaycan yığması ilk iki matçda qalib gəlib.
Oxu.Az xəbər verir ki, yığmamız Türkiyə (7:1) və Belarusdan (6:2) üstün olub.
Azərbaycan yığmasında Hacı Əliyev (61 kq), olimpiya çempionu Toğrul Əsgərov (65 kq), Ruslan Cibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq) və daha bir olimpiyaçımız Şərif Şərifov (97 kq) hərəsi iki qələbə qazanıblar.
Camaləddin Maqomedov (125 kq) isə iki dəfə məğlub olub.
Bu gecə Bakı vaxtı ilə saat 00:30-da Azərbaycan yığması İranla qarşılaşacaq. Hər iki komandanın iki qələbəsi var. Bu matçın qalibi finala yüksələcək və ABŞ, Rusiya, Kuba və Monqolustandan ibarət dördlüyün ən güclüsü ilə qarşılaşacaq.
F.H.
www.oxu.az