Azərbaycan Premyer Liqasının XIII turundan təxirə salınmış görüş keçirilib.
Oxu.Az xəbər verir ki, dünən qatı duman üzündən 57-ci dəqiqədə dayandırılmış “Qəbələ” – “Zirə” matçı bu gün qaldığı yerdən davam etdirilib.
Lakin 33 dəqiqə ərzində qapılara qol vurmaq qismət olmayıb və görüş qolsuz heç-heçə ilə başa çatıb.
Bu nəticə ilə “Qəbələ” 16 xalla V, “Zirə” isə 10 xalla VII sırada qərarlaşıb. Bu turadək autsayder olan “Zirə” “Keşlə”nin “Qarabağ”la görüşünün bu gün keçirilməsi səbəbindən bir pillə yüksəlib.
Səbuhi MUSAYEV
www.oxu.az