Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda bölgə klubu fəaliyyətini dayandıracaq
"Azərbaycanın II Liqasında çıxış edən "Füzuli" klubu II Liqadan düşsə, böyük ehtimalla Region Liqasında iştirak etməyəcək".
Oxu.Az Sport24.az-a istinadən xəbər verir ki, bu sözləri "Füzuli"nin təsisçilərindən biri olan Vasif İsmayılov deyib.
İsmayılov komandasının dağılma təhlükəsi ilə üz-üzə olduğunu dilə gətirib.
"Kiminsə kluba sponsorluq edəcəyinə inanmıram. İllərdir bu komandaya kimlərsə köməklik edib, amma bu davamlı olmayıb. Görünən odur ki, klub sponsorsuz qalacaq və fəaliyyətini dayandıracaq. "Füzuli" adlı klubun tarixə qovuşması an məsələsidir".
Qeyd edək ki, "Füzuli" II Liqada 25 turdan sonra 15 xalla sonuncudur.
"Azərbaycan II Liqası" teqi üzrə xəbərlər
- Ağdaş şəhər stadionu təmirə bağlanır – GÖSTƏRİŞ VERİLDİ
- Azərbaycanın II Liqasında çempion bəlli olacaq
- İki dəfə çempion olub Premyer Liqaya yüksələ bilməyən klub dağılacaq
- Yeni mövsümdən Misli Premyer Liqası, I və II Liqalarda çıxış edəcək klublar bəlli olacaq
- Azərbaycan II Liqasında rekord göstərici qeydə alınıb