Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İsrail "Tamar" layihəsinin 10%-nin SOCAR-a satılmasını təsdiqləyib
İsrailin Antiinhisar İdarəsi 2021-ci ildən "Tamar" qaz yatağının işlənməsi layihəsinin 10%-inin sahibi olan israilli milyarder Aaron Qober Frenkelə məxsus payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satılmasına razılıq verib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin "Calcalist" nəşri məlumat verib.
Qeyd olunur ki, sövdələşmənin başa çatması üçün hələ İsrail Energetika Nazirliyinin Neft Şurasının təsdiqi lazımdır.
İsrail Antiinhisar Qurumunun internet saytında birləşmə və sövdələşmələr haqqında məlumatın sonuncu dəfə yeniləndiyi mayın 5-nə olan məlumata görə, "Tamar" layihəsi üzrə SOCAR ilə müqavilənin materialları hələ də nəzərdən keçirilir.
2025-ci il yanvarın 31-də SOCAR Aralıq dənizinin ən böyük dəniz qaz yataqlarından biri olan, Hayfa sahillərindən 90 km aralıda yerləşən "Tamar" layihəsində 10%-lik payın alınması üçün "Union Energy" (Aaron Frenkel tərəfindən idarə olunur) ilə müqavilə imzalayıb.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- Türkmənistan enerji ehtiyatlarının Azərbaycan ərazisi ilə nəql imkanlarını qiymətləndirir
- Bakının Səbail rayonunda qaz təchizatı dayandırılacaq
- SOCAR "SportFest" tədbirində tərəfdaş qismində iştirak edir
- "Tomas Qolts: Neft odisseyası" sənədli filminin təqdimatı keçirilib
- "PAŞA Holding"in təşkilatçılığı ilə "Business Talks by PASHA Holding"in ilk tədbiri baş tutub