Azərbaycanı 2026-cı ildə beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısı təsdiqlənib.
Bu barədə Oxu.Az-a AFFA-dan məlumat verilib.
Əvvəlki illərlə müqayisədə beynəlxalq arenada ölkəmizi təmsil edən baş hakimlərin siyahısına bir, köməkçi hakimlərin siyahısına iki, VAR hakimlərinin siyahısına üç nəfər azərbaycanlı hakim əlavə olunub.
Görüşdə, həmçinin AFFA baş katibinin müşaviri Frank de Bleker, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov iştirak ediblər. Görüş zamanı hakimliyin inkişaf perspektivləri, beynəlxalq təyinatların artırılması və referilərin peşəkar hazırlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2026-cı ildə Azərbaycanı beynəlxalq arenada təmsil edəcək FIFA referilərinin siyahısı:
Referilər
Kişilər
Əliyar Ağayev;
Elçin Məsiyev;
Kamal Umudlu;
Tural Qurbanov (yeni).
Qadınlar
Fəridə Lütfəliyeva.
Referi köməkçiləri
Zeynal Zeynalov;
Akif Əmirəli;
Elşad Abdullayev;
Pərvin Talıbov;
Namiq Hüseynov;
Vüsal Məmmədov;
Cəmil Quliyev (yeni);
Asiman Əzizli (yeni).
Qadınlar
Gülnurə Əkbərzadə;
Sevda Nuriyeva.
VAR hakimləri
Nicat İsmayıllı (yeni);
İnqilab Məmmədov (yeni);
Fərid Hacıyev (yeni).
Futzal üzrə referilər
Hikmət Qafarlı;
Knyaz Əmiraslanov;
Əli Cəbrayılov.
Çimərlik futbolu üzrə referi
Nail Nağıyev.